Vakansiyalar

"İnternational BOKT" işçi axtarır - VAKANSİYA

İnternational Kredit Təşkilatı Bakı şəhəri filialları və Sumqayıt filialı üzrə “Kredit mütəxəssisi” vakansiyasını elan edir.

Lombard kreditləri üzrə kredit mütəxəssisi

Tələblər:

– İqtisadi təhsil;
– Azərbaycan dili (Rus dili arzuolunandır);
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
– Tələbələrə təcrübə dövrü və işlə təmin olunması

Vəzifə öhdəlikləri:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini vakansiya@icu.az email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri qeyd etməklə göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department