ENA+

Azərbaycanda meşələr yanğından bu üsulla mühafizə olunacaq

Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə təsdiq edilən tədbirlər planına uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib.

"BI" xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, baş verən yanğınların meşələrə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlanma işləri başlayıb.

Bundan başqa, F.Əliyev bildirib ki, meşələrdə müşahidə qüllələrinin və gözətçi postlarının qurulmasına da start verilib.

Onun sözlərinə görə, indiyədək baş verən meşə yanğınlarının araşdırılması zamanı bu hadisələrinin 98 faizinin insan amilinin təsiri nəticəsində meydana gəldiyi müəyyən edilib. 

Nazir müavini təbiət qoynuna istirahətə gedən vətəndaşları odla ehtiyatlı davranmağa, fermerləri biçənəkləri yandırmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə, eləcə də siqaret kötüklərini ətrafa atmamağa çağırıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)