Rəsmi

Azərbaycanda adyunkturada təhsilini davam etdirənlərə 1 ay məzuniyyət veriləcək

Azərbaycanda adyunkturada təhsilini davam etdirənlərə ödənişli yaradıcılıq məzuniyyətləri veriləcək.

"BI"nin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Əmək Məcəlləsinin 122-ci maddəsinə edilən dəyişikliyə görə, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

Eyni zamanda işləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət veriləcək.

Bundan əlavə, Məcəllənin 130-cu maddəsinə ( İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri) edlən dəyişikliyə görə, doktoranturada (adyunkturada)  təhsil alan işçilərə - 1 təqvim ayınadək ödənişsiz məzuniyyət veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)