ENA+

Gürcüstan yanacağın keyfiyyətinə nəzarəti sərtləşdirir

Gürcüstan hökuməti yanacağın keyfiyyətinə nəzarəti sərtləşdirməyi planlaşdırır.

"BI" xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, nəzarətin gücləndirilməsində əsas məqsəd ölkəni aşağı keyfiyyətli dizel yanacağının idxalından qorumaqdır.

K.Kaladze bu məsələ ilə bağlı ölkənin baş naziri ilə görüşlər keçirdiyini vurğulayıb: “Tbilisiyə gətirilən yeni avtobuslar “Avro 6” dizeli ilə işləyir. Bu cür avtobuslar yüksək keyfiyyətli yanacaq tələb edir. Bununla yanaşı, biz yanacağın keyfiyyətinə nəzarət etmək istiqamətində iş aparırıq. Birgə səylərlə biz yanacağın, xüsusən də dizelin keyfiyyətinə nəzarət edə biləcəyik. Aşağı keyfiyyətli dizel ekologiya üçün ciddi problemlər yaradır. Hökumətlə birgə biz bu məsələ ilə bağlı vacib qərar qəbul edəcəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)