Aqrar

Pambıq əkini sahələri azaldılıb

100 min hektar pambıq əkini sahəsində işlər başa çatıb. Bu il hektardan məhsuldarlığın ötən illə (17,5 sentner / ha) müqayisədə yüksək olması proqnozlaşdırılır. Bu barədə aprelin 30-da Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun fikrincə, 2018-ci ildə pambıqın alınması qiymətinin 650 manat / ton müəyyənləşdirilməsi pambıq istehsalını fermerlər üçün sərfəli işə çevirib. Bununla belə, o, pambıq sahələrinin niyə azaldılmasının səbəblərini göstərməyib. Nazir qeyd edib ki, pambıq istehsalı məhsuldarlıq hesabına ötən ildəkindən çox olacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə pambıq əkini sahələri 132,5 min hektar olub. Bu, 2017-ci ilə nisbətən 2,5% azdır. Sahələrdən 232,2 min ton xam pambıq toplanıb. Bu, əvvəlki ilin göstəricisindən 11,9 faiz çoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)