Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları artırılır
2019-cu ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 4,2%-i həcmində olmaqla 3 451,6 mln. manat nəzərdə tutulur.
"Bİ"nin 2019-cu il dövlət büdcə zərfinə istinadən verdiyi xəbərə görə, bu, 2018-ci ilin proqnozundan 261,6 mln. və ya 8,2%, 2017-ci ilin icrası ilə müqayisədə isə 842,8 mln. manat və ya 32,3% çoxdur.
2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolma aşağıdakı kimi proqnozlaşdırılır.
Əlavə dəyər vergisi üzrə daxilolmalar 2 293,6 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 73,6 mln. manat və ya 3,3% çoxdur. Artımın səbəbi qeyri-neft idxalının artımla proqnozlaşdırılmasının nəzərə alınması olub.
Aksiz vergisi üzrə daxilolmalar 325 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 153 mln. manat və ya 89% çoxdur. Artıma səbəb ölkəyə idxal edilən aksizli mallara nəzərət sisteminin təkmilləşdiriləmisinin proqnozlarla nəzərə alınması olub.
Gömrük rüsümları üzrə daxilolmalar 801 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 33 mln. manat və ya 4,3% çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının adxalarının dərəcələrinin spesifikə keçidinin nəzərə alınmasıdır.
Yol vergisi üzrə daxilolmalar 32 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin ilin proqnozu ilə müqayisədə 2 mln. və ya 6,7% çoxdur.