Mərkəzi Bankın ötən ili zərərlə başa vurmasının əsas səbəbi məlum oldu
2018-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərinə ehtiyacı olmayıb.
"Businessinsider.az" bu barədə tənzimləyici qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, 2017-ci ildə ARDNF-dən AMB-yə transferlərin məbləği 3 949,485 milyon manat təşkil edib. Əvvəlki ili 3 513,453 milyon manat mənfəətlə başa vuran AMB ötən ildən 60,316 milyon manat zərərlə çıxıb.