Sosial iqtisadiyyat

Əcnəbilərin Azərbaycanda qalması neçəyə başa gəlir? - DÖVLƏT RÜSUMLARI

Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarların verilməsinə, müvəqqəti və ya daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə, o cümlədən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:

1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
30 günədək 30 manat
60 günədək 60 manat
2. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
30 günədək 15 manat
60 günədək 30 manat
3. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
3 ayadək 30 manat
6 ayadək 60 manat
1 ilədək 120 manat
1 il 6 ayadək 180 manat
2 ilədək 240 manat
2 il 6 ayadək 300 manat
3 ilədək 360 manat
4. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
3 ayadək 15 manat
6 ayadək 30 manat
1 ilədək 60 manat
1 il 6 ayadək 90 manat
2 ilədək 120 manat
2 il 6 ayadək 150 manat
3 ilədək 180 manat
5. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
1 ilədək 40 manat
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat
6. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: 300 manat
 
7. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: 150 manat
 
8. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə: 10 manat
 
9. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə (işəgötürən tərəfindən ödənilir):
3 ayadək 350 manat
6 ayadək 600 manat
1 ilədək 1000 manat
10. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə: 110 manat
 
11. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə: 5 manat
 
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department