İnşaat və əmlak

Sumqayıt sosial mənzil tikintisi üçün "düymə basıldı"

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində podratçı seçir. Bu barədə cəmiyyətin elanında qeyd edilir.

Seçim açıq tender üsulu ilə keçirilir.

Tenderin şərtlərinə görə, işlərin həcminə iki 9 mərtəbəli iki bloklu yaşayış binasının tikintisi daxildir.

Tenderdə iştirak haqqı 700 manatdır.

Tender təkliflərinin qiymətləndirilməsi zamanaı əsas meyarlar aşağıdakılardır: aşağı qiymət, müqavilənin vaxtında icrası, analoji işlərin reallaşdırılması təcrübəsi, texniki, maliyyə və kadr inkanları.

Tender təklifləri 13 iyun saat 17:00-dək qəbul olunur.

Tender proseduru iyunun 14-də saat 15:00-da baş tutacaq.

Sumqayıtda sosial məınzil kompleksinin ümumi sahəsi 0,76 hekrat təşkil edir.

 

Xəbər verildiyi kimi, hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)