"Banklar haqqında qanuna düzəlişlər səhv idi"
“Bankların kredit fazilərinin yuxarı həddini müəyyən etmək barədə “Banklar haqqında” qanununa nəzərdə tutulan layihə başından düzgün deyildi və bazar iqtisadiyyatı prinsiplərlə uyğunlaşmırdı”. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkaqlıa komitəsinin üzvü Vahid Əhmədov bunu adı çəkilən layihənin parlament müzakirəsindən çıxaırlmasını şərh edərkən bildirib.
Deputata görə, bu layihə həm də ölkədə bankların sağlamlaşdırılması islahatları ilə də ziddiyyət təşkil edirdi. “Bank kreditləri faizlərinin aşağı salınması lazımdır, amma bu inzibati müdxilə yolu ilə yox, bazar iqtisadiyyatı prinsipilə həllini tapmalıdır”.