TURİZM

Azərbaycanda mehmanxanalardakı yerlərin 85%-ə yaxını boş qalıb

Azərbaycanda mehmanxanalarda doluluq nisbəti 15,7% təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7 faiz təşkil etmişdir. Yəni, ölkə üzrə mehmanxanalarda yataq yerlərinin 84,3%-i boş qalıb. 

BI” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici Naftalanda 42,6 faiz, Şəmkirdə 38,2 faiz, Beyləqanda 27,8 faiz, Bakıda 27,7 faiz, Qusarda 22,8 faiz, Naxçıvan Muxtar Respublikasında 21,5 faiz, Qəbələdə 20,7 faiz, Şirvanda 16,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.

Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4 faiz) mart ayında qeydə alınmışdır.

Qeyd edək ki, 2018-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil etmişdi. Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faiz, Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdu. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department