Avropada dövlət borcunun ÜDM-ə nisbəti düşüb
Avropa Birliyində (AB) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti, 2018-in ikinci rübündə əvvəlki rübə nisbətən azalaraq 81 faiz olub.
"Bİ" xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) məlumatlarına görə, 28 üzvlü AB-də ilin ilk rübündə 81,5 faiz dövlət borcunun ÜDM-ə nisbəti, ikinci rübdə yüzdə 81-ə düşüb.
Avro Bölgəsində isə dövlət borcunun ÜDM-ə nisbəti, həmin dövrdə 86,9%-dən 86,3%-ə geriləyib.
AB üzvü olan ölkələr arasında ilin ikinci rübündə dövlət borcunun ÜDM-ə nisbətinin ən çox olan ölkə 179,7%-lə Yunanıstan olub. Yunanıstanın ardınca 133,1% ilə İtaliya, 124,9% ilə Portuqaliya və 106,8% ilə Belçika yer tutur.
Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələr isə 8,3% ilə Estoniya, 22% ilə Lüksemburq və 23,8% ilə Bolqarıstan olub.