"Baku Electronics" işçi axtarır - VAKANSİYA
Vəzifə: Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq,
- Məhkəmə sənədlərinin hazırlanması və lazım gəldikdə məhkəmə proseslərində iştirak etmək,
- Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək,
- Məhkəmə sənədlərinin hazırlanması,
- Məktub və sorğuların tərtib edilməsi,
- Müqavilələrin tərtib edilməsi.
Tələblər:
- Ali hüquqi təhsil.
- Azərbaycan dili, Rus və ya İngilis dillərini səlis bilməli,
- Maddi və prosessual qanunvericiliyi bilməli
- Hüquqşünas kimi ən az 1-2 il iş təcrübəsi,
- Korporativ müştərilərlə işləmək bacarığı,
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı,
- Standart MC Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.).
Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
"Mövzü" bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.