Hadisə

"AmrahBank" bir ailənin 5 üzvünü - MƏHKƏMƏYƏ VERDİ

"Amrah Bank" ASC bir ailənin 5 üzvünü, eləcə də onlara yaxın olan digər ailənin 2 üzvünü məhkəməyə verib.

"Businessinsider.az" xəbər verir ki, iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir.

İşlə bağlı cavabdeh qismində fiziki şəxslər Məmmədov Novruz İbrahim oğlu, Məmmədov Vüqar Novruz oğlu, Məmmədova Xaruqa Novruz qızı, Məmmədova Şəlalə Novruz qızı, Məmmədova İmarət Novruz qızı, həmçinin Bayramov Sabir Hümbət oğlu və Məmmədova Fatma Hümbət qızı çıxış edir. 

İş artıq I instansiya məhkəməsindən keçib və hazırda iddiaya Bakı Apelyasiya Məhkəməsində baxılır. Hakim Azad İmanovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)