Telman İsmayılovun Moskvadakı daşınmaz əmlakı satışa çıxarılır - SİYAHI
Müflis azərbaycanlı oliqarx, “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun Moskvadakı daşınmaz əmlakı satışa çıxarılır.
"Businessinsider.az" xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Kutuzov prospektində 6 (158 kv/m) və 5 otaqlı (132 kv/m) mənzillər, 3 (1,1min kv/m) və 2 (500 kv/m) mərtəbəli evlər, Odinsovski rayonunda 2 otaqlı (350 kv/m) mənzil, Skolkovoda qolf klubunun tikintisi üçün rəsmiləşdirilən 2,4 min kv/m-lik torpaq sahəsi.
Əmlakların satışından əldə olunan pullar axtarışda olan biznemenin kreditorlarına veriləcək. İsmayılov ən çox üç struktura borcludur. Belə ki, o, “BM-bank” (keçmiş “Moskva Bankı”), Kirpin “Sezaria Limited” şirkıtinə və “Deutsche Bank”a 30 milyard rubldan çox pul borcludur.