Bank

Mərkəzi Bankın departament rəhbərinə yeni vəzifə verildi

Əmanətlətin Sığortalanması Fondunun Himayəçilik Şurası sədri dəyişib.

"Businessinsider.az"ın əldə etdiyi məlumata əsasən, yeni Azərbaycan Mərkəzi Bankının sədrin müşaviri Əliyar Məmmədyarovun adı siyahıdan çıxarılıb. Yeni dəyişikliyə əsasən, ADIF-in  Himayəçilik şurası sədri AMB-nin Risklərin idarə edilməsi departamentinin direktoru Toğrul Əliyev olacaq.

Qeyd edək ki, Himayəçilik Şurasının sədrinin müavini isə Asim Zülfüqarovdur. Hansı ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü vəzifəsini icra edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)