Hesabatlar

İlin sonunda mənfəətinin 93 faizini vergiyə ödəyən “AtaBank”ın mənfəəti 63% düşüb – HESABAT 

Ötən il əldə etdiyi mənfəətin 92,75%-ni vergi ödəyən “AtaBank” ın 2019-cu ilin yanvar-fevral-mart ayı üzrə göstəricilərinin bir qismi düşüb. Təkcə müştəri hesablarında üç ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın mənfəətliliyi isə 63 faiz düşüb. 

Aktivləri 7% azalıb

BI” “AtaBank”ın 2019-ci ilin birinci rübünün balans hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri illik müqayisədə 40 milyon manat azalaraq 579 milyon 223 min manat olub. Aktivlərin tərkibinə baxsaq, 12 milyon 927 min manatı nağd vəsaitlər, 2 milyon 974 min manatı Mərkəzi Bankda müxbir hesablar və 1 milyon 789 min manatı isə “Nostro” hesablar təşkil edir. Bankın bu rübdə müştərilərə verdiyi kreditin həcmi illik müqayisədə 10% azalaraq 421 milyon 495 min manata enib. Müştərilərə verilən kreditin həcmi isə bankın cəmi aktivlərinin 72%-ni təşkil edir və bu aktivlərin işlək olması baxıımdan yaxşı göstəricidir.

Öhdəliklər 8% azalıb

Bankın cəmi öhdəlikləri illik müqayisədə 36 milyon manat azalaraq 435 milyon 893 min  manat olub. Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb və 303 milyon 326 min manat təşkil edib. Bankın Mərkəzi Bank qarşısında öhdəlikləri isə 20 milyon manatdır.

“Ata Bank”ın 31 mart 2019-ci il tarixində cəmi kapitalı 143 milyon 330 min manat, nizamnamə kapitalı 120 milyon manat, cəmi kapitalı isə 138 milyon manatdır. Bankın dönərli valyutalar üzrə açıq valyuta mövqeyi əmsalı isə 2,16%  təşkil edir. 

Gəlirləri və xərcləri kəskin azalıb

BI” bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bankın 2019-ci ilin birinci rübündə faiz gəlirləri illik müqayisədə 19,1% azalaraq 8 milyon 627 min manat, faiz xərcləri 12% azalaraq 5 milyon 620 min manat, qeyri-faiz gəlirləri 60% azalaraq 917 min manat, qeyri-faiz xərcləri isə 8% azalaraq 5 milyon 297 min manat təşkil edib.

Əməliyyatda zərər edib

“AtaBank”ın 2019-ci ilin birinci rübündə əməliyyat zərəri 1 milyon 373 min manat olub. Halbuki, bank 2018-ci ilin birinci rübündə 833 min manat əməliyyat mənfəəti əldə etmişdi.

Bank 2019-ci ilin birinci rübündə aktivlər üzrə ehtiyatlardan 1 milyon 500 min manat vəsaiti geri çəkdiyi üçün bu rübdə 126 min manat xalis mənfəət əldə edib. Bankın bu göstəricisi illik müqayisədə 2,6 dəfə azalıb. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department