Tenderlər

9 minə yaxın tender ilə 2,6 milyard manatlıq satınalma

2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanda tenderlər və kotirovkalar əsasında dövlət təşkilatları tərəfindən həyata keçirilən dövlət satınalmalarının həcmi 42,9% artaraq 2 mlrd. 572 mln. manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.

2018-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 8964 tender və kotirovka (müsabiqələr) keçirilib və 2017-ci illə müqayisədə onların sayı 17,5% artıb.

Tenderlər və kotirovkalar vasitəsilə satınalmaların keçirilməsi 265,2 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 9,3%-nə qənaət etməyə imkan yaradıb (2017-ci ildə 145,8 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 7,5%-nə qənaət edilib).

Bununla belə, 242,2 mln. manat həcmində qənaət tenderlər vasitəsilə, 12,2 mln. manat təkliflərin sorğusu, 6,8 mln. manat kotirovkalar hesabına həyata keçirilən satınalmaların payına düşüb.

2018-ci ildə 6029 kotirovka ilə bütün satınalmaların 67,3%-i həyata keçirilib. Lakin kotirovkalar hesabına həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 129,6 mln. manat və ya satınalmaların ümumi həcminin 5%-ni təşkil edib.

Azərbaycanda dövlət satınalmalarının dəyəri 50 min manatdan artıq olduqda dövlət strukturları tərəfindən tender keçirilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)