Bank

"Azərbaycanın bank sektoru sabitləşsə də, dollarlaşma hələ də yüksəkdir"

Azərbaycanın bank sektoru sabitləşsə də, hələ də yüksək səviyyədə olan dollarlaşma bankları yerli valyutanın qiymətdən düşməsinə həssas yanaşmağa məcbur edir.

"BI"nın “Fitch Ratings”ə istinadən verdiyi məlumata görə, 2018-ci ilin sonunda xarici valyutada olan kreditlər ümumi kreditlərin 38%-ni təşkil edib. Bu rəqəm bankların möhkəm sığortası nəticəsində 2015-ci ilin sonunda baş vermiş manatın devalvasiyasından bəri 49%-dən aşağı düşüb. Həmin dövr ərzində depozitlər 82%-dən 65%-dək azalıb. Mövcud tənzimləyici xalis açıq xarici valyuta mövqeyi 2017-ci ilin sonunda 1,4 milyard dollar səviyyəsindən 2018-ci ilin sonunda 0,9 milyard dollar səviyyəsinə yüksəlib.

Buna baxmayaraq, depozitlərdə və kreditlərdə dollarlaşma səviyyəsi hələ də nisbətən yüksək olaraq qalır. Depozitlərdə dollarlaşma regionda ən yüksək səviyyədədir və bankların yerli valyuta kreditlərini genişləndirmək qabiliyyətini məhdudlaşdırır.

Ötən il üzrə xarici valyutada götürülmüş kreditlərin təxminən 16%-i problemli kreditlər hesab olunub ki, bu rəqəm yerli valyutada götürülmüş kreditlər üzrə 10% təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)