Azərbaycan bu ölkədən 2 ayda 7 min ton dondurulmuş mal əti alıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6,85 min ton dondurulmuş mal əti idxal edib.
Ukraynanın Dövlət Gömrük Xidmətinə istinadən verilən məlumata görə, bu, ölkənin ümumi dondurulmuş mal əti ixracının 26,4%-nə bərabərdir.
Qeyd edək ki, Ukrayna bu ilin 2 ayında 79,4 mln. ABŞ dolları dəyərində 25,9 min ton dondurulmuş mal əti ixrac edib. Bu ölkədən bu adda məhsul idxal edən əsas ölkələr isə Qazaxıstan (6,6 min ton və yaxud 25,5%) və Belarus (4,77 min ton və yaxud 18,4%) olub.