Vakansiyalar

"Azərbaycan Sənayə Bankı" işçi axtarır - VAKANSİYA

Filiallar və Törəmə Müəssisələrlə İş Departamenti / Satış təmsilçisi/təcrübəçi

Əsas tələblər:

• Ali iqtisadi və ya biznes təhsili;
• Mükəmməl azərbaycan dili bilikləri (ingilis və rus dilini bilənlərə üstünlük verilir);
• MS Office və Internet Explorer proqram bilikləri;
• İnsanlarla düzgün ünsiyyət qurmaq, işində dəqiqlik və məsuliyyətlilik, riyazi bilik və analitik düşünmək, problemləri həll edə bilmək qabiliyyətləri;
• Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.

İş haqqında məlumat:

• Bütün növ bank məhsulu və xidmətlərinin təklif edilməsi üçün bankdan kənara ziyarətlərin həyata keçirilməsi;
•  Potensial/mövcud müştərilərlə görüşərək ilkin satışın həyata keçirilməsi, sifarişlərin qəbul edilməsi və nəticələndirilməsi;
• Çarpaz satış imkanlarının araşdırılması;
• Daima potensial müştərilərin araşdırılması və bu müştərilərin Bankımıza qazandırılmasına yönlənmiş addımlar atılması;
• Büdcə və hədəflərin həyata keçirilməsi və bu hədəflərin izlənməsi; 
• Müqavilələrin və digər sənədlərin hazırlanması və imzalanmasının təmin olunması;
• Öz iş funksiyalarına uyğun, həmçinin tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında təqdim edilməsi; 
• Müştəri şikayətlərinin çözülməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@asb.az  elektron ünvanına göndərə bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi/təcrübəçi” göstərməyiniz xahiş olunur;

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department