Gömrük Komitəsi avtomobillərin alınmasına 400 min manata yaxın pul xərclədi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən minik avtomobillərinin satınalınması ilə əlaqədar olaraq keçirilən satınalma müsabiqəsinin qalibi “Naxçıvan Avtomobil Zavodu” MMC olub.
"Businessinsider.az"ın əldə etdiyi məlumata əsasən, Komitə ilə təşkilat arasında 389 970 manat dəyərində müqavilə imzalanıb.