Azərbaycanda BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır
Bu il martın 1-nə Azərbaycanda kredit qoyuluşu 12 milyard 974,6 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunun 2 milyard 80,2 milyon manatı və yaxud 16%-i dövlət banklarının, 10 milyard 550,7 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 343,7 milyon manatı və yaxud 2,7%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.
BOKT-ların kredit qoyuluşundakı payı bu ilin yanvar ayının yekununda da 2,7% təşkil edib. Mikromaliyyə qurumları ötən ilin yekununda kredit qoyuluşunda 3%, ötən ilin fevral ayının yekununda isə 3,6% paya malik olublar. Göründüyü kimi, BOKT-ların kredit qoyuluşunda payı azalmaqdadır.