"Mən marka yaratmaqdan nə anlayıram ki, bəlkə də heç"
Çoxlu sayda ölkə Boeing 737 Max model sərnişin təyyarələri ilə uçuşları dayandırıb, hava məkanını bu təyyarələrə bağlayıb. ABŞ Prezidenti Donald Tramp, təyyarə istehsalçısı Boeing-ə, sözügedən modeldə dəyişikliklər edib yeni bir brend adı ilə bazara çıxarmağı tövsiyə edib.
"BI" xəbər verir ki, Tramp, şəxsi "Twitter" hesabında mövzu ilə bağlı verdiyi açıqlamada, "Mən Boeing-in yerində olsaydım, Boeing 737 Max-ların qüsurlarını aradan qaldırıb, yeni xüsusiyyətlər əlavə edib, yeni brendlə bazara çıxarardım", - ifadələrini istifadə edib.
ABŞ Prezidenti, ironik bir ifadə ilə, "Mən marka yaratmaqdan nə anlayıram ki, bəlkə də heç", - əlavə edib.
Tramp, iş adamı kimi öz adını daşıyan markanı çoxlu sayda məhsul, xidmət və müəssisədə istifadə edir.