1 milyon manatdan çox kapitalla şahmat məktəbi şirkəti qeydiyyatdan keçib
Vergilər Nazirliyi müxtəlif sahələrdə fəaliyyət göstərən bir sıra şirkəti qeydiyyata alıb. "Businessinsider.az" xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin saytında məlumat verilib.
Martın 6-da “Suraxanı şahmat məktəbi” MMC dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 68 min manat, rəsmi təmsilçisi Rövşən Rüstəmovdur.
Bundan başqa, mart ayında "Avtolizinq" və "MJ Lizinq" şirkətləri də dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin rəsmi təmsilçiləri Zaur Quliyev və Camal Aydınov, nizamnamə kapitalları 10 manatdır.
Ötən ay "Qəbələ Şərabları" şirkəti 5 min manat məbləğində kapitalla, "Aziz Polymer" MMC 176,9 min manat məbləğində kapitalla, "Salsabeel" şirkəti isə 170 min manat məbləğində kapitalla qeydiyyatdan keçib.