Elm və Texnologiya

"Anonymous" Assanja görə Londonu təhdid edir

"Anonymous" beynəlxalq anonim hakerlər və aktivistlər şəbəkəsi Londonda "WikiLeaks"in yaradıcısı Culian Assanjın saxlanılması ilə əlaqədar Böyük Britaniya hökumətinə və onların dünyadakı tərəfdarlarına müraciət edib.

"BI" xəbər verir ki, bu bəyanat şəbəkənin rəsmi saytında dərc olunub.

Şəbəkə nümayəndələrinin sözlərinə görə, Assanjın saxlanılması sirlərini qorumaq üçün Britaniya hökumətini heç nəyin dayandıra bilməyəcəyini sübut edir. Onlar qeyd ediblər ki, Assanj həm sağçıların, həm də solçuların sirlərini açdığına və müharibə cinayətlərini üzə çıxardığına görə 2010-cu ildən bəri hər il Nobel Sülh mükafatına namizəd olub.

"Bu, hökumətə xəbərdarlıqdır: Assanjı azad edin, yoxsa bunun cəzasını çəkəcəksiniz", - "Anonymous"un bəyanataında deyilir.

Şəbəkə nümayəndələri həmçinin indi Assanjın tərəfdarlarının birləşməsinin lazım olduğunu vurğulayıblar.

Qeyd edək ki, Assanj dünən Londonda saxlanılıb və ABŞ-a ekstradisiya edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)