"Smartavia" yayda Azərbaycana uçuşlara başlayır
Rusiyanın “Smartavia” aviaşirkəti (“Nordavia”aviaşirkətin ticarət markası) cari il yayda Rusiyadan Azərbaycana uçuşlara başlamağı planlaşdırır.
Bu barədə “Smartavia”nın kommersiya direktoru Svetlana Rodionova məlumat verib.
“Aviaşirkət yay cəhvəlində 60-dan artıq marşrut ilə uçuşlar həyata keçirəcək. Həmçinin 18 marşrut ilə aviaşirkət “Pulkovo”dan (Sankt-Peterburq) uçuşlar həyata keçirəcək. Yeni və köhnə istiqamətlər nəzərdə tutulur. O cümlədən, Azərbaycana reyslər planlaşdırılır. Tbilisi və Batumiyə uçuşların sayını artıracağıq”, - Rusiya mətbuatı S.Rodionovanın sözlərindən sitat gətirir.
2018-ci ildə “Nordavia” “Pulkovo”ya 648 min sərnişin daşıyıb, bu da 2017-ci ilin göstəricisindən 35% çoxdur.