Yoxlamalarla bağlı fərmana dəyişiklik edildi
Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"Businessinsider.az" xəbər verir ki, sənədə əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.
Müddəa indiyədək isə belə idi: “Bu fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.