BİZNES

"Boeing" bir təyyarə belə sata bilmir

Efiopiyada “Max 8” sərnişin təyyarəsinin (“Boeing 737” modeli) qəzaya uğramasından sonra “Boeing” şirkəti mart ayında satışla bağlı bir müqavilə belə bağlamayıb.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata əsasən, “737” ailəsindən olan təyyarələr qalmaqala qədər şirkətin ən populyar laynerləri sayılırdı. Yeddi il ərzində ilk dəfədir ki, şirkət bir təyyarə belə sata bilməyib.

Qəzetin yazdığına görə, təyyarə qəzasının səbəbləri ilə bağlı KİV-də yayılan informasiya potensial alıcılar arasında inamsızlığın daha da artmasına gətirib çıxarıb.

Bundan əvvəl İndoneziya hava yolları şirkətinin 50 ədəd “Boeing 737 MAX 8” təyyarəsinin alışı ilə bağlı müqaviləni ləğv etdiyi barədə xəbər yayılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)