Azərbaycanda balıq ovuna görə ödənişlər müəyyənləşdi - QİYMƏT, SİYAHI
![](https://ena.az/uploads/news/2019-04/_businessinsider_8f6e20951475e2fdbe413258d_o.jpg)
2019-cu ildə su bioresurslarından sənaye, əmtəə məqsədilə akvakultura, təhsil, maarifləndirmə məqsədilə balıq ovuna görə Azərbaycan və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün ödənişin qiymətləri müəyyən edilib.
Eləcə də bax: Daha 1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
"BI" xəbər verir ki, Azərbaycan vətəndaşları üçün 1 ton kilkə üçün 50 manat, 1 ton siyənək üçün 125 manat, 1 ton kefal üçün 100 manat, 1 ton çapaq üçün 100 manat, 1 ton külmə üçün 100 manat, 1 ton çəki üçün 200 manat, 1 ton xəşəm üçün 250 manat, 1 ton sıf üçün 200 manat, 1 ton xərçəngkimilər üçün 250 manat, 1 ton şamayı üçün 250 manat, 1 ton qarasol üçün 100 manat və 1 ton kütüm üçün 250 manat ödəniş müəyyənləşdirilib.
Xarici vətəndaşlar üçün isə bu qiymətlərin iki qatı müəyyən olunub.