Gömrük rüsumlarının ödənilməsinə maliyyə dəstəyi göstəriləcək - YENİ MƏHSUL GƏLİR
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən, kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır.
Fonddan bildirilib ki, yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.