Bir ayda 94 min kredit kartı niyə bağlanıb? - Səbəb
2019-cu ilin fevral ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 624 min ədəd təşkil edib.
"Businessinsider.az" xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, fevralda ödəniş kartlarının sayı 74 min ədəd artıb, kredit kartlarının sayı isə 94 min ədəd azalaraq 779 min ədədə düşüb.
Kredit kartlarının bir ay ərzində belə sürətlə azalmasının səbəbinə gəlincə, əldə etdiyimiz məlumatlar göstərir ki, banklarda kredit kartlarının istifadə müddəti bitib. 2014-cü fevralında buraxılıb, 2019-cu ilin fevralında isə müddəti bitib. Kartların müddəti isə yenilənmədiyindən saylarında bu qədər azalma baş verib.
Qeyd edək ki, yanvar ayı ilə müqayisədə fevralda sosial kartların sayı 15 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı kartlarının sayı 32 min ədəd artaraq 2 milyon 535 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 121 min ədəd artaraq 1 milyon 225 min ədədə çatıb.