ENA+

Tramp daha bir nazirini itirdi

ABŞ daxili təhlükəsizlik naziri Kirsten Nilsen istefa verib.

Bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp öz “Twitter” hesabında məlumat verib.

O, göstərdiyi xidmətə görə Nilsenə təşəkkür edib və boş qalan postu müvəqqəti olaraq Miqrasiya və Gömrük nəzarəti xidmətinin rəhbəri Kevin Makelinenin tutacağını açıqlayıb.

Bundan əvvəl dekabrın 21-də Pentaqon rəhbəri Ceyms Mettisin tutduğu vəzifədən istifadə verdiyi barədə xəbər çıxmışdı. Müdafiə nazirinin tutduğu postdan getməsinə səbəb Ağ Ev rəhbəri Trampla onun arasında meydana gələn ixtilaflar olub. O, bunu öz istefa ərizəsində də qeyd etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)