Sosial iqtisadiyyat

"İcra hakimiyyəti orqanları necə istəyirlər tendersiz bütün məsələləri həll edirlər"

"Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".

BI” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib. 

Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.

“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri necə istəyirlər tendersiz bütün məsələləri həll edirlər. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”, - V.Əhmədov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)