Sığorta

"Qala Sığorta"nın maliyyə vəziyyəti məlum oldu

“Qala Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 20,413 mln. manat təşkil edib.

"BI" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 35,6% çoxdur.

2018-ci ildə “Qala Sığorta”nın cəmi öhdəlikləri 54,4% artaraq 12,008mln. manata, cəmi kapitalı isə 15,6% artaraq 8,405 mln. manata çatıb.

Ötən il “Qala Sığorta”nın gəlirləri 21,265 mln. manat (əvvəlki ilə nisbətən 99,5% çox), xərcləri 19,945 mln. manat (76,8% çox), mənfəət vergisi ödəmələri isə 187 min manat (əvvəlki ilə vergi ödəməyib) təşkil edib.

Son nəticədə “Qala Sığorta” 2018-ci ili 1,133 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 619 min manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 91,11%-lik səhmdarı) məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)