Vəzifəsini təhvil verib evə avtobusla qayıtdı - FOTO
Türkiyənin Kocaeli şəhərinin keçmiş bələdiyyə rəhbəri İbrahim Karaosmanoğlunun öz postundan getdiyi ilk gündə sərgilədiyi davranış maraqla qarşılanıb.
"BI"nin “Milliyet”ə istinadən verdiyi məlumata görə, o, vəzifəsini xələfi Tahir Büyükakına təhvil verdikdən sonra həyat yoldaşı ilə evinə getmək üçün bələdiyyənin yaxınlığındakı dayanacaqda bələdiyyə avtobusuna minib. Bu mənzərə ilə ilk dəfə qarşılaşan şəhər sakinləri təəccüblərini gizlədə bilməyiblər.