ENA+

Tramp Ərdoğana söz verdi: Silah tədarükü böhranı həll olunacaq

ABŞ prezidenti Donald Tramp  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana iki ölkə arasında  “F-35” qırıcı təyyarələri ilə bağlı yaranmış  böhranı həll etməyə söz verib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu məlumat yayıb:

“Tramp özü etiraf etdi ki, ABŞ “Patriot” HHM sistemlərini Türkiyəyə satmamaqla səhv edib. Və o, prezident Ərdogana söz verdi ki, bu məsələnin həllinə çalışacaq. Tramp  “F-35” qırıcı təyyarələrinin, həm də “S-400” silahlarının tədarükü ilə bağlı yaranan böhranın həllinə söz verdi”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyanın yüksək texnologiyalı silahlarına əldə etmək istəyinə qarşı çıxaraq rəsmi Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.

 Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu , ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq Rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)