MALİYYƏ

Azərbaycan məhkəmələrində dövlət rüsumları - FƏRQLİ MƏBLƏĞDƏ OLACAQ

Azərbaycan məhkəmələrində dövlət rüsumunun dərəcələri diferensiasiya ediləcək.

"BI" xəbər verir ki, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)