İstiqamət hissinizin yaxşılaşdırılmasının - 8 YOLU
A məntəqəsindən B-yə çatmaqda çətinlik çəkirsiniz? B əvəzinə gedib L, O, S və T-yə çıxırsınız?
Və ya tez-tez, "Mən azmamışam, sadəcə, oriyentasiyamı itirmişəm" təkrarlayırsınız?
Əgər elədirsə, neyrofizioloq Catherine Loveday-dən bu məsləhətlər sizə kömək edəcək.
1. Marşrutunuzu planlaşdırın
"Streetview" proqramına və fotolara baxmaq imkanınız varsa, təsəvvür edin ki, siz seçdiyiniz marşrutla hərəkət edirsiniz.
Hər bir döngəyə fikir verin, diqqət çəkən əlamətləri yadda saxlamağa çalışın ki, reallıqda həmin yolu keçəndə marşrutunuzu yada sala biləsiniz.
2. Həyəcanlanmayın
Çalışın həyəcanlanmayın - həyəcan yükü sizin küçə tanımaq imkanlarınıza əlavə əngəl yaradacaq və düzgün istiqamət tapmaq qabiliyyətiniz zəiflədəcək.
Səyahət marşrutunuzu əvvəlcədən planlaşdırsanız, sizdə yarana bilən nigarançılıq hissini xeyli zəiflədə bilərsiniz.
3. Diqqətinizi cəmləşdirin
Telefonla danışmaq, mesaj göndərmək və ya başqa şey haqqında fikirləşmək də sizə mane ola bilər.
Tam konsentrasiya olmağa çalışın.
4. Tarixi yerləri tapın
Çalışın, tanış və ya seçilən yerləri qeyd edin və nəzərinizdən itirməyin.
Misal üçün, şəhərdə gəzirsinizsə, bu, ən hündür bina ola bilər.
Hər dəfə yolunuz boyu istiqaməti dəyişəndə həmin binanın harada qaldığını təyin etməyə çalışın - bu, sizə ərazinin xəritəsini xəyalən təsəvvür etməyə kömək edəcək.
5. Arxanıza da nəzər salın
Çox vaxt insanlar yalnız qarşılarında gördüklərinə fikir verirlər, lakin arxaya da baxanlar daha yaxşı naviqator sayılmalıdırlar.
Bu cəhətin, xüsusilə, geri yolda sizə köməyi dəyə bilər.
6. Marşrutunuzu xatirələrinizlə əlaqələndirin
Siz geri dönəndə və ya nə vaxtsa keşdiyiniz yolu təkrar etməyə çalışında xatirələriniz köməyinizə gələ bilər.
Söhbətləşdiyiniz və ya nəğmə dinlədiyiniz yeri xatırlamaq, geri dönərkən və ya eyni marşrutla yenidən hərəkət edəndə sizin karınıza çata bilər.
7. Fotolar çəkin
Əgər siz hansısa marşrutla təkrar hərəkət etməyi planlaşdırırsnıızsa, gözə dəyən yerlərdə şəkillər çəkin və sonra onları nəzərdən keçirin.
Təhlillər göstərib ki, düzgün istiqamətin tapılmasında fotoların videodan daha çox köməyi dəyir.
8. Keçdiyiniz yolu gözünüzün qabağına gətirin
Marşrutunuzu bitirkdən sonra, keçdiyiniz yolu təhlil edin, gözünüzün qabağına gətirin.
Bunu etməklə siz həmin marşrut barədə beyninizdə qalan informasiyanı yaddaşınızda cəmləşdirəcəksiniz.
Əgər bundan sonra da siz düzgün istiqamət tapmaqda çətinlik çəkəcəksinizsə, onda əlinizin altında həmişə olan smartfonunuzun GPS naviqasiyası tətbiqinə müraciət edin, amma onu da nəzərə alın ki, GPS-ə nə qədər çox bel bağlayarsansa, təbii yolla düzgün istiqamət tapmaq qabiliyyətiniz də o qədər zəifləyər.
Sizə yaxşı yol!