Sahibkarlar “Aygün”, “Sədərək” və “Eurohome”u seçdilər
Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.
İqtisadiyyat Nazirliyindən "BI"yə daxil olmuş məlumata görə, artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.
Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.