Vakansiyalar

"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Proqramçı vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

 Yeni proqram təminatının yaradılması, tətbiqi  və mövcud proqram təminatına dəstək göstərilməsi;
 Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası  və poseslərin optimallaşdırılması.                                 

Vakant vəzifə üzrə tələblər:

 İT mühədisliyi və texniki sahədə ali təhsil
 Java proqramlaşdırma dili biliyi;   
 SQL, PL/SQL üzrə biliklər;                    
 HTML, CSS, JavaScript, jQuery, AJAX  bilikləri;               
 XML, XSD bilikləri;                 
 Web Services  üzrə biliklər;               
 IBM BPM program təminatı ilə iş təcrübəsi arzu olunandır;             
 IBM BUS program təminatı ilə iş təcrübəsi arzu olunandır;                
 Beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir;
 İT proqramlaşdırma sahəsində minimum 3 il təcrübə (Universitetin yeni bitirmiş namizədləri başlanğıc vəzifələr üçün müsahibəyə cəlb olunacaqdır).

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində Proqramlaşdırma üzrə biliklərinizin inkişaf etdirilməsi ;
 Adekvat əmək haqqı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 Aprel 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqramçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department