Sığorta

"Qala Həyat Sığorta" şirkətinin gəlirlərində eniş başlayıb - İNFOQRAFİK

“Qala Həyat Sığorta” ASC-nin cəmi gəlirləri 2018-ci il ərzində 20% azalaraq 23,23 mln. manat (2017-ci ildə 29,92 mln. manat) təşkil edib. Bu sığorta şirkətinin son 3 ildə ən aşağı gösətricisidir.

"BI" xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2018-ci il üzrə maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində cəmi gəlirlərinin azalmasının əsas əsbəbkarı birbaşa sığorta üzrə sığorta haqlarının ötən 2017-ci ildə 20 mln. manat təşkil etdiyi halda 2018-ci il ərzində 16 mln. manata düşməsidir.

“Qala Həyat”ın cəmi gəlirlərindəki 2016-cı ildəki 40 mln. manatdan sonra hələki eniş müşahidə edilir.


Sığorta şirkətinin zərərdən xilas olmasına əsas səbəb kimi bu il xərclərinin bir qədər azalmasıdır. Belə ki, sığorta şirkətinin xərcləri 2017-ci il ilə müqayisədə 34% az olmasıdır. 

Məlumat üçün bildirək ki, sığorta şirkətinin xalis mənfəəti 1,69 mln. manat təşkil edib.

Xatırladaq ki, “Qala Sığorta” ASC-nin nizamnamə kapitalı 12,87 mln. manat olmaqla səhmlərinə iki hüquqi şəxs -“Azre” Təkrarsığorta Şirkəti (91,11%) və Quna şirkəti (9,89%) sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)