Sığorta

"Rəvan Sığorta"nın aktivləri azalıb - HESABAT

Ötən il "Rəvan Sığorta" şirkətinin cəmi gəlirləri 1,569 mln. manat, cəmi xərcləri isə 1,342 mln. manat təşkil edib.

"BI"nin şirkətin dərc etdiyi maliyyə hesabatına istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə "Rəvan Sığorta"nın gəlirləri 36,1%, xərcləri isə 2,4 dəfə azalıb.

Eləcə də bax: "Qala Həyat Sığorta"nın aktivləri azalıb

Şirkətin 2018-ci ilin sonuna mənfəəti 227 min manat olub. Halbuki, “Rəvan Sığorta” 2017-ci ili 1,041 mln. manat məbləğində zərərlə başa vurub.

Şirkətin ilin əvvəlinə aktivləri 14,229 mln. manat təşkil edib ki, əvvəlki ilə nisbətən bu göstərici 6,2% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)