"Qala Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Aprelin 20-də, saat 10:00-da “Qala Həyat Sığorta”nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
"BI" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq “Qala Həyat Sığorta”nın Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında yerləşən baş ofisində olacaq. Yığıncaqda şirkətin ötənilki fəaliyyətinə dair maliyyə hesabatınımn təsdiq edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna" MMC-yə məxsusdur.