Binəli Yıldırım uduzur?
Türkiyədə keçirilən bələdiyyə seçkilərində artıq 98, 79 % bülleten hesablanıb.
“BI”nin “Hurriyet”ə istinadən xəbərinə görə, nəticələrə əsasən, hakim partiya AKP 44,42% səslə öndədir.
Hazırda əsas mübarizə paytaxt İstanbulda gedir. Belə ki, bir sıra şəhərlərdə nəticələr açıqlansa da, İstanbulla bağlı yekun rəy yoxdur.
Son məlumata görə, Cümhur İttifaqının namizədi Binəli Yıldırım 48, 70 faiz səslə rəqibi Əkrəm İmamoğludan (48, 65 faiz) səslə irəlidədir.
Rəsmi nəticələr Yıldırımın qalib gəldiyini göstərsə də, CHP öz namizədinin birinci olduğunu bəyan edib.
Qeyd edək ki, AKP-dən sonra ikinci pillədə qərarlaşan CHP 30,07%, İyi Parti 7,46%, MHP 7,25%, HDP 4,22%, Saadet 2,68% 0,93% səs toplayıb.
Seçici siyahısında 57 milyon, 93 min 410 nəfərin adı olsa da, ümumilikdə 43 milyon 651 min 815 nəfər səs verib.