Baş Polis İdarəsi şəhərdə reydlər keçirir - Vətəndaşların nəzərinə
Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirilib.
Eləcə də bax: Daha bir marşrut xətti “BakuBus”a verildi
Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 17 nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib, avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər görülüb.
Eləcə də keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində küçə ticarəti ilə məşğul olduqlarına görə 106, avara və dilənçiliklə məşğul olduqlarına görə 14 nəfər müəyyən olunub.
Paytaxt polisinin müvafiq tədbirləri davam etdirilir.