Daha bir BOKT zərərdə
“Caspian Invest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 152 min manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 18,75% çoxdur.
Ötən il “Caspian Invest”in gəlirləri 56 min manat, o cümlədən faiz gəlirləri 51 min manat, xərcləri isə 209 min manat, o cümlədən faiz xərcləri 1 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Caspian Invest”in aktivləri 631 min manat olub ki, bu da illik müqayisədə 17,3% azdır. Bunun 462 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 1,5% kiçilib.
Hesabat dövründə “Caspian Invest”in öhdəlikləri 33,8% azalaraq 45 min manata, balans kapitalı isə 12,4% azalaraq 586 min manata düşüb.