ENA+

Əlilliyin müəyyən olunması zamanı nəzərə alınacaq amillər açıqlandı

Əlilliyin müəyyən edilməsi zamanı nəzərə alınacaq amillər məlum olub.

"BI"nin məlumatına görə, bu barədə “Əlilliyin müəyyən olunması meyarları haqqında" qanun layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, əlilliyin müəyyən olunması meyarlarında aşağıdakı iki amil nəzərə alınır:

Təsnifatlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbi sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin başlıca kateqoriyaları və onların təzahür dərəcələri ilə əlaqədar olaraq insan orqanizminin sabit pozuntularının başlıca növlərini müəyyənləşdirir;

Meyarlar - Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbisosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirir.

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department