Bu qurumda maaşlar artırıldı
Azərbaycan Hesablama Palatasının üzvlərinin əmək haqları artırılır.
"BI"nin məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb.
“Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.