“ASAN xidmət”i gözdən salmaq üçün “ASAN imza”nı işə saldılar...Əzabdır”
“Ölkə Prezindeti tərəfindən vətəndaşlara “ASAN xidmət” kimi inqilabi bir layihə təqdim olundu. Onu gözdən salmaq üçün dəxli olmayan “ASAN imza” sistemini işə saldılar, ASAN xidmət”in yanına qoşdular”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar plenar iclasında deputat Fazil Mustafa deyib.
“Kimsə ayda yarım milyon pul qazanacaq deyə sahibkarlar günlərlə gözləyirlər ki, vergi sertifikatı alsınlar. Bunu yeniləmək üçün də günlərlə gözləyirlər. Növbəlilik sistemi əsasında bu proses 5-6 saat çəkir. Bu, vətəndaşa xidmət olmadı ki... Əzabdır. Bu addımlarla görülən müsbət işlərə kölgə salırlar. Biz ölkədə həyata keçirilən islahatları dəstəkləyirik”, - deyə, deputat əlavə edib.